Printerlər və digər qurğular

Ümumiyyətlə printer informasiyanın kagız və bənzəri əşyaların üzərinə köçürülməsi üçün nəzərdə tutulan qurğudur. Müasir İBM tipli kompüterlərə printerlər əsasən LPT (Line Printer Terminal) və ya USB () portu vasitəsi ilə qoşulur. LPT portu vasitəsi ilə 50Kbit/san sürətlə məlumat ötürülə bilir. Lakin USB portu 12Mbit/san sürətlə məlumat ötürə bil...

Ümumiyyətlə printer informasiyanın kagız və bənzəri əşyaların üzərinə köçürülməsi üçün nəzərdə tutulan qurğudur. Müasir İBM tipli kompüterlərə printerlər əsasən LPT (Line Printer Terminal) və ya USB () portu vasitəsi ilə qoşulur. LPT portu vasitəsi ilə 50Kbit/san sürətlə məlumat ötürülə bilir. Lakin USB portu 12Mbit/san sürətlə məlumat ötürə bilir. Bu baxımdan USB portu ilə qoşulan printer daha tez məlumat alıb-ötürə bilir. Bunlardan başqa hal-hazırda şəbəkə vasitəsi ilə də printerləri qoşmaq mümkündür. Bir kompüterə qoşulan printer şəbəkədə olan digər kompüterlərdən alınan məlumatı çap edə bilər. Printerlərin işləmə prinspilərinə və tətbiq sahələrinə görə bir çox növüvardır. XXI əsrdə ən geniş yayılmış printer tipləri aşağıdakılardır: * Şırnaqlı printer ( inkjet printer ) - Bu növ printerlərin iş prinsipi bizim adi mürəkkəbli qələmlə yazmağımıza bənzəyir. İş prinsipi azacıq iynəli printerə oxşayır. Lakin burada iynəli matris əvəzinə katriclər var. Katriclərin içərisində mürəkkəb olur və katricin aşağı hissəsində matrisə bənzər deşiklər olur. Mürəkkəb bu deşik vasitəsi ilə tökülür. Mürəkkəbin kağız üzərinə vurulması üçün bir neçə üsul vardır. * Lazer printer-Bu texnologiya çoxdan yəni 1938-ci ildə Çester Karlson tərəfindən ixtira edilib. Çap lazer vasitəsi ilə həyata keçirilir. Nəticədə təsvir daha dəqiq olur və printerin daha sürətli işləyir. Bu texnologiyanı 1972-ci ildə Xerox şirkəti tətbiq edə bildi. EARS adlanan bu printer ilk lazer printeri oldu. * İynəli printer (dot-matrix printers) -Bu printerin iş mexanizmi 1964-cü ildə Yaponiyanın Seiko Epson şirkəti tərəfindən ixtira edilib. Çap iynəciklərdən ibarət matrislər vasitəsi ilə həyata keçirilir. İynələr lazım olan simvola uyğun şəkildə düzülür və rəngli lent vasitəsi ilə simvollar kağızın üzərinə vurulur. Çap olunan məlumatın keyfiyyəti matrisdə olan iynələrin sayından asılıdır. Standart olaraq 9,12,14,18 və 24 iynəli matrikslər mövcuddur. Bu printerlər maddi cəhətdən sərfəli olduğuna görə hal-hazırda da işlədilir. Bakıda ehtiyacınıza uyğun printeri onlinepc.az satış portalından zəmanətli və ən ucuz qiymətə əldə edə bilərsiniz. Bununla yanaşı onlinepc.az sizə satış sonrası xidmətlərdə təqdim edir.

Daha çox göstər
hər səhifədə
Showing 1 - 12 of 36 items