Məhsul filteri

İstehsalçı
Power Bank

Bakıda Xiaomi, F&D, Canyon, Lenovo, power banklar ucuz qiymətə satisi

Power Bank – ingilis dilindən tərcümədə enerji toplayıcısı, enerji bankı deməkdir. Əsas funksiyası - əvvəlcədən şəbəkədən alınmış müəyyən həcmdə elektrik enerjisi ehtiyatını saxlamaq və onu sonradan elektrik yükü qismən və ya  tamamilə bitmiş elektron qurğuya standart USB kabe...

Bakıda Xiaomi, F&D, Canyon, Lenovo, power banklar ucuz qiymətə satisi

Power Bank – ingilis dilindən tərcümədə enerji toplayıcısı, enerji bankı deməkdir. Əsas funksiyası - əvvəlcədən şəbəkədən alınmış müəyyən həcmdə elektrik enerjisi ehtiyatını saxlamaq və onu sonradan elektrik yükü qismən və ya  tamamilə bitmiş elektron qurğuya standart USB kabeli vasitəsilə ötürməkdir. Başqa sözlə, Power Bank universal mobil enerji yükləmə qurğusu növüdür.  Onun universallığı yükləmə üçün USB interfeysindən istifadə edən bütün standart rəqəmsal məhsullara uyğun gəlməsidir.  Mobillik dedikdə isə, əvvəlcədən yüklənmiş Power Bankın bütün münasib qurğuları, şəbəkəyə ehtiyac olmadan yükləməsi nəzərdə tutulur. Həmçinin kompakt Power Bankın ölçüləri, onu asanlıqla özümüzlə daşımaq (cibdə, çantada, rükzakda) imkanı verir. Power Bank üçün istifadə olunan ən geniş yayılmış batareya növü -  18650 formatlı akkumulyatorlardır. Bu cür akkumulyatorlar elektron qurğuların yüklənməsi üçün lazımi gərginlik və tutumu təmin edir. Silindrvari uzunsov formaya malikdir.  Çıxış gərginliyi – 3,6-3,7V. Standart tutumu: 2000-3000 mAh, ən geniş yayılmış rəqəm -  2500 mAh-dır. Bir akkumulyatorun çəkisi 45±5 qramdır. Yükləmə dövrələrinin sayı  500-1000 (nominal tutumun 80%-dək azaldılması). Yüksək energetik sıxlıq, yükün öz-özünə boşalmasının aşağı əmsalı, yaddaş effektinin yoxluğu, aşağı çəki – bütün bunları  18650 batareyasının üstünlükləri saymaq olar.  1А-ya 1 USB port  – Power Bankın ən sadə, yüngül və kompakt modellərində istifadə olunur. Bu cür batareyaların tutumu, adətən, yalnız bir qurğunun yüklənməsinə çatır. 2A-ya 1 USB port – populyar modellərin premium versiyalarında, planşetlərin, foto texnikanın yüklənməsi üçün nəzərdə tutulmuş xüsusi modellərdə istifadə olunur.   Smartfonu tez və təcili yükləmək istəyən, eləcə də qaceti istifadə zamanı yükləməyə ehtiyac duyan insanlar tərəfindən istehlak edilir. 2 və daha artıq USB portunun 1A və ya 2A-ya istənilən kombinasiyası, eyni zamanda bir neçə qurğunu yükləmək, və bu zaman  hansı qurğunu hansı porta qoşmağı seçmək imkanı verir.  Planşet və iri foto texnika üçün 2A portu, digər qacetlər üçün 1A portu məsləhət görülür. Yadda saxlamaq vacibdir ki, istənilən USB qurğunu yükləmə üçün istənilən porta qoşmaq olar. Sizin smartfon, telefon, pleyer, planşet və digər qurğularınız müəyyən müddətdə ona nə qədər cərəyan lazımdırsa, onu alacaq.  Gərginliyin və cərəyanın gücünün tənzimlənməsini Power Bankın və yüklənən cihazın nəzarət qurğuları həyata keçirir.  Bununla belə, yuxarıda göstərilən təvsiyyələrə əməl etmək məsləhətdir.

Power Bank Bakıda ucuz qiymətə və zəmanətlə almag isteyirsinizse Onlinepc.az əlaqə saxlayın!

Daha çox göstər
Showing 1 - 2 of 2 items