Mouse

Kompüter siçanı ( mouse ) Hesablamada siçan səthə bağlı olan ikiölçülü hərəkəti müəyyən edən işarələmə qurğusudur. Bu hərəkət adətən qrafik istifadəçi biriminin yaxşı idarəsinə imkan verən, göstəricinin ekranda hərəkəti kimi ötürülür Fiziki olaraq siçan əldə tutulan, bir və ya daha çox düyməsi olan qurğudan ibarətdir. Siçan həmçinin əlavə idarə...

Kompüter siçanı ( mouse ) Hesablamada siçan səthə bağlı olan ikiölçülü hərəkəti müəyyən edən işarələmə qurğusudur. Bu hərəkət adətən qrafik istifadəçi biriminin yaxşı idarəsinə imkan verən, göstəricinin ekranda hərəkəti kimi ötürülür Fiziki olaraq siçan əldə tutulan, bir və ya daha çox düyməsi olan qurğudan ibarətdir. Siçan həmçinin əlavə idarə və ölçülü girişi aktiv edən səthlər və "təkərlər" kimi başqa elementləri özündə saxlayır Obyektləri seçmək və ekran boyu hərəkət etdirmək üçün siçanın düymələrinin birindən istifadə olunur. Siçanın düyməsini bir dəfə sıxdıqda, bu işin nəticəsi istifadə olunan proqramdan və düymələrin hansının sıxılmasından asılı olacaq. Siçanla aparılan başqa əməliyyat isə düyməni iki dəfə sıxmaqdır. Siçanın sol düyməsinin köməyi ilə obyektin yerini ekran boyu dəyişmək olar. Bunun üçün göstəricini obyektin üzərinə qoyub sol düyməni sıxmaq, siçanın köməyi ilə obyekti ekranda lazımı yerə çəkib aparmaq, sonra isə düyməni buraxmaq gərəkdir. Adətən siçan klaviatura kimi kompyuterə PS/2 portu vasitəsilə birləşdirilir. Siçanın kompyuterə bu port vasitəsilə birləşdirilməsi üçün kompyuterin sönülü olması vacibdir. Amma indi USB interfeysli qurğular var ki, onları kompyuterin işlək vəziyyətində kompyuterə birləşdirmək və ya ondan ayırmaq olar. Belə siçanlar mövcuddur və onlardan indi çox istifadə olunur. Əgər kompyuterə eyni zamanda iki və ya daha artıq siçan qoşulmuşsa (PS/2 USB1, USB2 və s.) onların hamısı işləyəcəkdir. Amma krusorun bir dənə olduğunu nəzərə almaq lazımdır

Daha çox göstər
Showing 1 - 12 of 12 items