Prosessorlar

Fərdi kompyuterlərin düşünən beyni olub ana plata üzərində yerləşir, ədədlər üzərində hesab-məntiq əməllərini və idarəni həyata keçirir. Mikroprosessor hesab-məntiq və idarə qurğusunu özündə birləşdirir. Kompyüterdə, həddindən çox sayda riyazi hesablamalar aparmaq lazım olduqda (mühəndis hesablamalarında, riyazi məsələlərdə və s.) həqiqi ədədlər...

Fərdi kompyuterlərin düşünən beyni olub ana plata üzərində yerləşir, ədədlər üzərində hesab-məntiq əməllərini və idarəni həyata keçirir. Mikroprosessor hesab-məntiq və idarə qurğusunu özündə birləşdirir. Kompyüterdə, həddindən çox sayda riyazi hesablamalar aparmaq lazım olduqda (mühəndis hesablamalarında, riyazi məsələlərdə və s.) həqiqi ədədlər üzərindəki riyazi əməllərin bilavasitə mikroprosessorun köməyi ilə aparılması tələb olunur. Mikroprosessorları əsasən Intel, AMD və Cyrix firmaları istehsal edir. Müasir fərdi kompyuterlərin hesablama məhsuladarlığı saniyədə milyard əməliyyata (Gflops) bərabərdir. Mikroprosessorların eyni bir modeli müxtəlif takt tezliyinə malik ola bilər, belə ki, bu tezlik yüksək olduqca, mikprosessorun iş gücü də bir o qədər yüksək olar. Takt tezliyi meqaherz (Mhz) ilə ölçülür. Məsələn, Pentium mikroprosessorların takt tezliyi 75 Mhz-dən 200mhz qədər dəyişir, yəni onların iş gücü bir-birindən 2.5 dəfə fərqlənir. Çox vaxt mikroprosseorun takt tezliyi, onun modelindən sonra verilir. Məsələn, Pentium / 75 Mqs. takt tezliyi sürətini bildirir. Mikroprosessorların müxtəlif modelləri eyni bir əməliyyatı (məsələn, toplama və ya vurma) müxtəlif sayda takt yerinə yetirir. Mikroprosessorun modeli nə qədər güclü olarsa, müxtəlif əmrləri yerinə yetirmək üçün ona bir qədər az sayda takt tələb olunur. Günümüzdə mikroprossesorların 100-dən artıq növü məlumdur. Onlinepc.az – ın satış məsləhətçiləri lazımı mikroprosesoru seçməkdə sizə yaxından kömək göstərəcəklər. Bakıda ən ucuz qiymətə onlinepc.az –dan alın!

Daha çox göstər
Showing 1 - 5 of 5 items