Laptoplar
Ümumiyyətlə komputerlər gündəlik heyatımızı asanlaşdıran texnologiyanın ən önəmli parçasıdır. Noutbuklar da rahatlıqla daşınması mümkün olduğu üçün populyarlığına görə bütün növ komputerlər arasında çox önəmli yerə malikdir. Günümüzdə axtarış platformalarında və ya sorğu sistemlərində noutbuklar digər texnoloji yeniliklərə nəzərən daha ...
Ümumiyyətlə komputerlər gündəlik heyatımızı asanlaşdıran texnologiyanın ən önəmli parçasıdır. Noutbuklar da rahatlıqla daşınması mümkün olduğu üçün populyarlığına görə bütün növ komputerlər arasında çox önəmli yerə malikdir. Günümüzdə axtarış platformalarında və ya sorğu sistemlərində noutbuklar digər texnoloji yeniliklərə nəzərən daha çox maraq dairəsindədir. Bu baxımdan Azərbaycan dünya bazarı ilə ayaqlaşır. İstənilən parametrli noutbukları Bakıda onlinepc.az –dan əldə etmək mümkündür.
NOUTBUK ALIŞI ZAMANI NƏLƏRƏ DİQQƏT ETMƏLİ?
Noutbuk alarkən alıcıların diqqət etməli olduğu bir çox nüanslar var. Satış məsləhətçilərimizin rəylərini nəzərə alaraq bunu 4 alt kateqoriya halında sizə təqdim edirik. * CPU ( prosessor) -noutbukun bütünlükdə iş görmə qabiliyyətinə cavabdeh olan hissə. Cəmi 2 firmadan təmin edilir, İntel və AMD. Həm İNTEL həm də AMD şirkəti dünya bazarını geniş çeşiddə prosessor tipləri ilə təmin edirlər. * RAM ( əməli yaddaş) – halhazırda ölçü vahidi Gb –dır. Noutbukun əməli tezliyine cavabdehdir. Müasir zamanımızda noutbuklar minimal olaraq 2 Gb RAM ilə təmin edilir. Amma 2 Gb RAM heç də hər zaman kifayət etmir. * HDD (sərt disk) – Sərt disk cihazın yaddaşıdır. Ölçü vahidi Gb, Tb olaraq davam edir. * VGA (video kart) –Qrafikaya cavabdeh olan hissə. əsasən N VİDİA və Radeon firmalarından təmin edilir. Lakin diqqət etməli olduğunuz məqamlar bununla yekunlaşmır. Onlinepc.az –ın satış məsləhətçiləri bu sahədə illərlə ixtisaslaşdıqları üçün sizə təyinatına uyğun ən münasib noutbuku seçməkdə kömək göstərəcəklər. Təklif etdiyimiz noutbuklar rəsmi tərəfdaşlardan təmin edilir. Ucuz qiymətlərlə onlinepc.az - dan alın.

Daha çox göstər
hər səhifədə
Showing 1 - 12 of 25 items